Bank Of Baku

Avtomobil aşıb, 16 yaşlı oğlan ölüb

Avtomobil aşıb, 16 yaşlı oğlan ölüb
# 07 avqust 2023 11:52 (UTC +04:00)

Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, Quliyev Ramil Natiq oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili aşırıb.

Nəticədə həmin avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü İbrahimov Elmir Ayaz oğlu hadisə yerində ölüb. Şəmkir RPŞ-nin İB-də fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR