Axtarışda olan şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib.
APA xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən Əməliyyat müşavirəsində bildirilib.
Müşavirədə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən qazilərin müraciətlərinə təxirə salınmadan baxılaraq, dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.