Bank Of Baku

Gəncədə avtomobil rabitə dirəyinə çırpılıb, üç nəfər xəsarət alıb

Gəncədə avtomobil rabitə dirəyinə çırpılıb, üç nəfər xəsarət alıb
# 18 iyul 2026 02:15 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə olan VAZ-21015 markalı minik avtomobili idarəetmədən çıxaraq rabitə dirəyinə çırpılıb, daha sonra yolun kənarına aşıb.

Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR