Yunanıstan ABŞ və Fransanın vasitəçiliyi ilə Ukraynaya "Crotale NG" zenit-raket kompleksləri üçün raketlər və "RIM-7 Sea Sparrow" raketləri göndərib.
Bu barədə "Pronews" portalı məlumat yayıb.
Nəşrin iddiasına görə, raketlər Yunanıstanın hava hücumundan müdafiə ehtiyatlarının əhəmiyyətli hissəsini təşkil edirdi və onların Ukraynaya çatdırılması ABŞ və Fransaya satış mexanizmi vasitəsilə həyata keçirilib.
Məlumata əsasən, rəsmi Afina bu prosesdən xəbərdar olub.