Bank Of Baku

Azad edilən ərazilərdə ötən ay daha 562 mina aşkarlanıb

Azad edilən ərazilərdə ötən ay daha 562 mina aşkarlanıb
# 02 may 2023 10:37 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

4651,45 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR