Bank Of Baku

Azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirilir - VİDEO

Azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirilir - VİDEO
# 31 yanvar 2025 17:18 (UTC +04:00)

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirləri davam etdirir.

Bu barədə APA-ya DİN-dən bildirilib. Məlumata görə, işğaldan azad olunan ərazilərdə yaşayan, işləyən və buraya səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı sanitariya-gigiyena tələbləri izah edilir, maarifləndirici məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür: "Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Xüsusən də tütün məmulatlarını, zibili, tullantıları urnalardan kənara atmaq ictimai qınaq obyektidir və qanunla qadağandır. Bu kimi hallar inzibati məsuliyyət yaradır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR