Bank Of Baku

Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub - FOTO - VİDEO

Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub - FOTO  - VİDEO
# 25 dekabr 2025 09:33 (UTC +04:00)

Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasından bir il keçir.

APA xəbər verir ki, faciənin birinci ildönümü ilə bağlı II Fəxri xiyabanda ekipaj üzvləri Milli Qəhrəmanlar Hökümə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarları ziyarət edilib.

Mərasimdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev, eləcə də dövlət qurumlarının nümayəndələri, həlak olmuş ekipaj heyətinin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR