Bank Of Baku

Azərbaycan Kommunist Partiyası 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi gününü qeyd edəcək

Azərbaycan Kommunist Partiyası 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi gününü qeyd edəcək
# 28 aprel 2023 22:12 (UTC +04:00)

Azərbaycan Kommunist Partiyası və Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək Müstəqil Həmkarlar Birliyi Heydər Əliyev adına Neft Emalı Zavodunun yaxınlığında yerləşən Fəhlə abidəsinin önündə 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi gününü qeyd edəcək.

APA xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. May ayının 1-də saat 12:00-dan 13:00-dək Azərbaycan Kommunist Partiyası abidənin önünə gülqoyma mərasimi keçirəcəklər. Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək Müstəqil Həmkarlar Birliyi isə 15-20 nəfərlə abidə önündə 1 may gününü abidənin önündə qeyd edəcəklər. BŞİH tərəfindən hər iki müraciətə baxılaraq etiraz edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR