Bank Of Baku

Azərbaycanda 19 il axtarışda olan şəxsin məhkəməsi başlayır

Azərbaycanda 19 il axtarışda olan şəxsin məhkəməsi başlayır
# 11 avqust 2023 11:06 (UTC +04:00)

Azərbaycanda 19 il axtarışda olan, 2 il əvvəl tutulan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən Mirhəsən Mirəyyub oğlu Haşimimüqəddəmin işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Telman Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Mirhəsən Mirəyyub oğlu Haşimimüqəddəm 2021-ci ilin avqust ayında Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində tutulub.

Cinayət Məcəlləsinin müxtəlif maddələrinə əsasən təqsirli bilinən və 19 il ərzində axtarışda olan Mirhəsən Mirəyyub oğlu Haşimimüqəddəm Bakıda aşkar olunaraq saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR