Babək rayon Cəhri kəndində dəm qazından iki nəfər zəhərlənib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, kənd sakinləri Şirzan və Süleyman Əhmədovlar dəm qazının sızması nəticəsində zəhərlənib. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Digər zəhərlənmə halı isə Babək rayon Şəkərabad kəndində qeydə alınıb. Belə ki, kənd sakini Nərgiz Allahverdiyeva yaşadığı ünvanın hamam otağında dəm qazından zəhərlənib. Muxtar respublika xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti sabitdir.
Hər iki faktla bağla araşdırma aparılır.