Bakıda evdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səbail rayonunun Badamdar qəsəbəsindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin evdə işləyən xadimə və həyat yoldaşı müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.