Bank Of Baku

Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə çıxır

Məhəmməd Əkbərov, İradə Həsənzadə, İlham Mahmudov

© APA | Məhəmməd Əkbərov, İradə Həsənzadə, İlham Mahmudov

# 27 aprel 2023 15:00 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə göndərilir.

APA-nın əldə etdiyi xəbərə görə onlar - İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudovdur.

Yaş həddi ilə bağlı 3 aydır bu hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları sonuncu işləri yekunlaşdırdıqdan sonra hakimlik səlahiyyətləri sonlandırılacaq.

Qeyd edək ki, İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudov 1958-ci ildə anadan olublar. Bu il onların 65 yaşı tamam olur.

İradə Həsənzadə 12, Məhəmməd Əkbərov 5, İlham Mahmudov 4 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR