Bakı Dairəvi yolunda baş verən qəzada bir nəfər xəsarət alıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev APA-ya bildirib ki, 99- DT-806 dövlət nişanlı, “Ford Tranzit” markalı avtomobil Lökbatan istiqamətdə hərəkətdə olan zaman idarəetmənin itməsi səbəbindən aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü Eldar Hüseynov xəsarət alıb.
13:38
Bakı dairəvi yolunun Lökbatan istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, minik avtomobili dərəyə aşıb. Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.