Bank Of Baku

Bakı metrosunda qatarda nasazlıq yaranıb, sərnişinlər düşürülüb

Bakı metrosunda qatarda nasazlıq yaranıb, sərnişinlər düşürülüb
# 09 avqust 2023 08:44 (UTC +04:00)

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.

APA xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Qeyd olunub ki, qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.

Həmin qatarın əvəzinə xəttə yenisi verilib.

Texniki baxış nəticəsində qatarın qapısında nasazlıq olmadığı dəqiqləşdirilib. Qatar yenidən xəttə veriləcək və ehtiyat qatar depoya yola salınacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR