Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində ( Bakı Olimpiya Stadionunun arxasında) qamışlıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətə söndürüldü.
***
15:54
FHN-in “112” qaynar xəttinə Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində ( Bakı Olimpiya Stadionunun arxasında) qamışlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.