Bank Of Baku

Bakı-Qazax yolunda 6 avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Bakı-Qazax yolunda 6 avtomobil toqquşub, xəsarət alan var  - FOTO  - VİDEO
# 14 yanvar 2025 11:00 (UTC +04:00)

Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunda, Ucarın Alpout kəndi ərazisində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan 2 "Opel", 3 "KamAZ" və 1 "Mercedes" markalı maşın toqquşub. Nəticədə maşınlara ciddi ziyan dəyib. Qəza zamanı Tovuz rayon sakini, 1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, eyni ərazidə gecə saatlarında da yol qəzası qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan Şəmkir rayon sakini Vidadi Telman oğlu Xəlilovun idarə etdiyi xurma ilə yüklənmiş "Mercedes" markalı yük maşını beton arakəsməni keçərək yolun əks istiqamətinə çıxıb və aşıb. Xəsarət alan olmasa da, sürücünün dediyinə görə, ona məxsus 18 min manatlıq xurma yararsız hala düşüb və maşına ciddi ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR