Bank Of Baku

Bakı sakinindən hədə-qorxu ilə 10 min manat tələb olunub

Bakı sakinindən hədə-qorxu ilə 10 min manat tələb olunub
# 16 dekabr 2024 12:32 (UTC +04:00)

33 yaşlı Bakı şəhər sakini bir nəfərin ona hədə-qorxu gələrək 10 000 manat tələb etməsi barədə polisə müraciət edib.

APA xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı C.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR