Bank Of Baku

Bakı sakinləri Oğuzda qəzaya düşüb, xəsarət alanlar var - FOTO - VİDEO

Bakı sakinləri Oğuzda qəzaya düşüb, xəsarət alanlar var - FOTO  - VİDEO
# 19 iyul 2023 21:06 (UTC +04:00)

Bakı şəhər sakinləri olan bir ailənin 4 üzvü Oğuzda yol qəzasına düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Oğuz-Kərimli-Yevlax avtomobil yolunun 20-ci kilometrliyində, Oğuz rayonu Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Bakı şəhəri Səbail rayon sakini Kəbirağa Elbrus oğlu Şirinovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan sürücü K.Şirinov, həyat yoldaşı 1993-cü il təvəllüdlü Sevda Şəmsid qızı Şirinova, onların iki övladı 2012-ci il təvəllüdlü Elbrus və 2013-cü il təvəllüdlü Muhamedhüseyn aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Oğuz RMX-da yaralılara ilkin yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Qəbələ RMX-a göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR