Bank Of Baku

Bakı-Şamaxı yolunda avtomobil aşıb, ölən və yaralananlar var

Bakı-Şamaxı yolunda avtomobil aşıb, ölən və yaralananlar var
# 10 fevral 2025 16:37 (UTC +04:00)

Bugün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticədə avtomobildə olan sərnişin Şamaxı sakini 1971 təvəllüdlü Mahmudova Ramidə ölüb.

Həmçinin sürücü, 32 yaşlı Əli Mahmudov və daha bir sərnişin isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR