Bank Of Baku

Bakıda 15 günlük körpəsini zibil qutusuna atan anaya cinayət işi açılıb

Bakıda 15 günlük körpəsini zibil qutusuna atan anaya cinayət işi açılıb
# 20 iyul 2023 16:16 (UTC +04:00)

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl Bakıda zibillikdə tapılan körpə ilə bağlı məlumat yayıb.

DİN-dən APA-ya verilən xəbərə görə, iyulun 17-də Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılıb.

Körpəni məişət tullantıları qutusuna atan ana S.Qasımova saxlanılıb, onun izahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib. Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR