Bank Of Baku

Bakıda 2 “KamAZ”ın iştirakı ilə qəza baş verib

Bakıda 2 “KamAZ”ın iştirakı ilə qəza baş verib
# 09 avqust 2023 23:41 (UTC +04:00)

Bakıda yük avtomobilləri qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili digər “KamAZ”a arxadan çırpılıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Nəticədə yük avtomobillərindən birinin sürücüsü xəsarət alıb. Əraziyə DYP əməkdaşları cəlb edilib. Qəza səbəbindən prospektdə uzun tıxac yaranıb. Yolda hərəkət təmin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR