Bank Of Baku

Bakıda açıq ərazidə yanğın tam söndürülüb - YENİLƏNİB-3 - FOTO - VİDEO

Bakıda açıq ərazidə yanğın tam söndürülüb - YENİLƏNİB-3  - FOTO  - VİDEO
# 04 avqust 2023 17:13 (UTC +04:00)

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

FHN-dən APA-ya verilən xəbərə görə, yanğınsöndürənlərin fəkadarlığı və peşəkarlığı sayəsində yanğının ərazidəki yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft və qaz boru kəmərləri və yaşayış evlərinə keçməsinə, böyük fəsadların yaranmasına imkan verilməyib.

***

16:24

Xətai rayonu ərazisində baş verən yanğın məhdudlaşdırılıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general Hikmət Abbasov deyib.

O bildirib ki, hazırda açıq yanğın yoxdur, tüstüləmə qeydə alınır: "Hazırda soyutma işləri gedir. Yanğının tam söndürülməsi istiqamətində işlər gedir".

Nazirliyin yaydığı məlumatda isə deyilir ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Ərazidə yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft boru kəmərləri və yaşayış evləri üçün yaranmış təhlükə havanın küləkli olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində aradan qaldırılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

16:00

Bakının Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğının söndürülməsi işləri davam etdirilir.

APA-nın müxbiri hadisə yerindən xəbər verir ki, hadisə zamanı yanacaq daşıyan avtomobil də yanaraq yararsız vəziyyətə düşüb.

***

15:32

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

***

14:55

Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR