Bank Of Baku

Bakıda avtobus yük maşınına çırpılıb, ölən və yaralananlar var - YENİLƏNİB

Bakıda avtobus yük maşınına çırpılıb, ölən və yaralananlar var - YENİLƏNİB
# 04 yanvar 2025 13:48 (UTC +04:00)

Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub.

Xəsarət alan 2 nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

1 nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub. Bir nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

AYNA-dan APA-ya verilən xəbərə görə, Bakı-Ələt yolunda “BakuBus” MMC-nin balansında olan və Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Təəssüf hissi ilə bildiririk ki, qəza nəticəsində bir sərnişin həyatını itirib, daha bir sərnişin isə təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Həyatını itirən xanım sərnişinə Allahdan rəhmət diləyir, yaralı sərnişinə şəfa arzu edirik. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır", - məlumatda vurğulanıb.

***

12:34

Bakıda avtobus qəza törədib, ölən var.

APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaradağ rayonunda baş verib.

Faktla bağlı Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev APA-ya bildirib ki, hadisə bu gün səhər saat 10 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.

Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı yük avtomobilinə çırpılıb: “Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb”.

Faktla bağlı araşdırılma aparılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib. Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR