Bank Of Baku

Bakıda azyaşlıların dini yürüşünü təşkil edən şəxs saxlanılıb

Bakıda azyaşlıların dini yürüşünü təşkil edən şəxs saxlanılıb
# 28 iyul 2023 20:54 (UTC +04:00)

"Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də Sabunçu rayonu Savalan qəsəbəsində məhəllələrin birində 11 azyaşlının yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin hərəkətləri edən 1991-ci il təvəllüdlü Mirzəyev Elgün Əfsər oğlu həbs edilib.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR