Bank Of Baku

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB  - FOTO
# 14 aprel 2026 17:15 (UTC +04:00)

Bakıda yaşayış binasında baş verən partlayışla bağlı araşdırma gedir.

APA-nın xəbərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Partlayış nəticəsində ölən şəxsin 1992-ci il təvəllüdlü Ömər Məhərrəmli olduğu bildirilir.

Partlayışda xəsarət alan 2004-cü il təvəllüdlü N.Əliyev və 1986-cı il təvəllüdlü Q.İslamov xəstəxanaya yerləşdirilib.

Emin Şirvanzadə

***

16.13

Bakıda binada partlayış olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib.

Partlayış 17 mərtəbəli binanın 15-ci mərtəbəsində evdə kondisionerin təmiri zamanı qeydə alınıb. İlkin məlumata görə, partlayış kondisionerin mühərrikinə qaz dolduranda baş verib. Ölən şəxsin usta olduğu, daha iki ustanın xəsarət aldığı bildirilir.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR