Bank Of Baku

Bakıda evdən 12 min manat oğurlanıb

Bakıda evdən 12 min manat oğurlanıb
# 16 dekabr 2025 12:48 (UTC +04:00)

Bakıda evdən 12400 manat oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR