Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Quliyev Sönməz Ramin oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.