Bank Of Baku

Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub
# 09 iyul 2023 01:53 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Binə qəsəbəsində, magistral şossedə qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Mahmudlu Bəşir Sarvan oğlu şossedə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR