Bank Of Baku

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 19 iyul 2023 02:54 (UTC +04:00)

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza Badamdar qəsəbəsində yerləşən "Qurd qapısı" dairəsi kimi tanınan ərazidə baş verib.

Belə ki, dördyol ayırıcında iki “Toyota” markalı avtomobilin toqquşması zamanı sərnişin xəsarət alıb.

Sürücülər bir-birini işıqforun qırmızı işığından keçməsində günahlandırıb.

Qəza nəticəsində avtomobillərdən biri yararsız hala düşüb.

Hadisənin səbəbi aparılan araşdırmadan sonra bilinəcək.

Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR