Bank Of Baku

Bakıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb - FOTO

Bakıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb - FOTO
# 04 aprel 2023 03:42 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə və Məhəmməd Xiyabani küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, işıqforla tənzimlənən yolda "Toyota Prius" və "Mercedes" markalı avtomobilləri toqquşub.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Avtomobillər ərazidən uzaqlaşdırılıb. Bir nəfər yüngül xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayaev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR