Bank Of Baku

Bakıda ikimərtəbəli ev yanıb

Bakıda ikimərtəbəli ev yanıb
# 20 iyul 2023 22:15 (UTC +04:00)

Bakı şəhəri, Yasamal rayonunda yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İ.Qutqaşınlı küçəsində ümumi həyət tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli evin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 54 m² olan üçotaqlı mənzilin arakəsmə divarı 4 m² və ümumi sahəsi 25 m² olan ikiotaqlı mənzilin plastikdən ibarət giriş qapısı yanıb.

"Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR