Bank Of Baku

Bakıda insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb

Bakıda insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb
# 20 aprel 2023 15:58 (UTC +04:00)

Aprelin 19-u saat 11 radələrində Nəsimi rayonu ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR