Bank Of Baku

Bakıda İsmayıllı sakinini avtomobil vurub

Bakıda İsmayıllı sakinini avtomobil vurub
# 31 iyul 2023 06:29 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əli bəy Hüseynzadə küçəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Cəfərov Rövşən Nəriman oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR