Bank Of Baku

Bakıda "Jiquli" kommunal avtomobillə toqquşub, yaralananlar var

Bakıda "Jiquli" kommunal avtomobillə toqquşub, yaralananlar var
# 12 avqust 2023 04:00 (UTC +04:00)

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Zabrat yolunda qeydə alınıb. İdarəetməni itirən “VAZ-21011” markalı avtomobilin sürücüsü minik vasitəsini zibil daşıyan maşına çırpıb. Hadisədə “VAZ-21011” markalı avtomobilin sürücüsü və sərnişini ağır xəsarət alıb. Yaralılar təcili yardım avtomobilləri ilə Sabunçu rayon Xəstəxanasına aparılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza törədən minik vasitəsinin sürücüsü sərxoş vəziyyətdə olub. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR