Bakıda kafedə yanğın olub.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayonunda ümumi sahəsi 220 m² olan birmərtəbəli kafenin mətbəxinin yanar konstruksiyaları 13 m² sahədə və dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan zalın lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.