Bank Of Baku

Bakıda "KamAZ" minik maşınına çırpılıb - FOTO

Bakıda "KamAZ" minik maşınına çırpılıb - FOTO
# 20 may 2023 01:01 (UTC +04:00)

Paytaxtın Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük maşınının sürücüsü idarəetməni itirərək "Priora" markalı minik maşınına çırpılıb.

Nəticədə idarəetməni itirən minik avtomobilinin sürücüsü maşını digər avtomobilə çırpıb.

Qəzada "Priora" markalı minik maşınına ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda yaranmış sıxlığı aradan qaldırmaq üçün qəzaya uğramış avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR