Bank Of Baku

Bakıda maşın “KamAZ“a çırpılıb, xəsarət alan var - FOTO

Bakıda maşın “KamAZ“a çırpılıb, xəsarət alan var - FOTO
# 28 aprel 2023 05:41 (UTC +04:00)

Bakı-Sumqayıt şosesində yol qəzası baş verib.

APA xəbər verir ki, avtoqəza Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı maşını idarə edən 1968-ci il təvəllüdlü Məmmədov Məmməd Hüseyn oğlu sükan arxasında yuxulayıb.

Bu zaman o, maşınını eyni istiqamətdə olan “KamAZ” markalı yük avtomobilinə çırpıb.

Qəza nəticəsində “Toyota”nın sürücüsü kəllə-beyin travması alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR