Bank Of Baku

Bakıda minik avtomobili motosikletə çırpılıb, xəsarət alan var - FOTO

Bakıda minik avtomobili motosikletə çırpılıb, xəsarət alan var - FOTO
# 17 aprel 2023 02:42 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, “Nissan” markalı maşının sürücüsü sükana nəzarəti itirərək dairədə hərəkətdə olan motosikletə çırpılıb. Toqquşma zamanı motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəza zamanı xəsarət alan motosikletçi təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR