Bank Of Baku

Bakıda mopeddən yıxılaraq xəsarət alan 21 yaşlı qız ölüb

Bakıda mopeddən yıxılaraq xəsarət alan 21 yaşlı qız ölüb
# 01 may 2023 09:38 (UTC +04:00)

Bakıda qəza zamanı mopeddən yıxılan qız xəstəxanada ölüb.

APA xəbər verir ki, aprelin 26-da Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb və 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Ötən gün isə həkimlərin səyinə baxmayaraq Eliza Həsənova xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR