Bank Of Baku

Bakıda oğul atasını qətlə yetirib - YENİLƏNİB

Bakıda oğul atasını qətlə yetirib - YENİLƏNİB
# 09 iyul 2023 07:30 (UTC +04:00)

İyulun 9-u saat 02 radələrində paytaxtın Nizami rayonunda yerləşən evlərin birində 1968-ci il təvəllüdlü Yusifli Rəsul Xanmirzə oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Bakı şəhəri Nizami Rayon Prokurorluğu məlumat yayıb.

İlkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Pərvin Yusifovun aralarında yaranmış mübahisə zamanı atası Rəsul Yusifovu bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Pərvin Yusifov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

Saat 06:58

İyulun 9- də saat 02 radələrində paytaxtın Nizami rayonunda evlərin birində 1968-ci il təvəllüdlü Yusifli Rəsul Xanmirzə oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 1993-cü il Y.Pərvin polis əməkdaşları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR