Bank Of Baku

Bakıda özünü öldürdüyü bildirilən kişinin qətlə yetirildiyi məlum olub, həyat yoldaşı saxlanılıb

Bakıda özünü öldürdüyü bildirilən kişinin qətlə yetirildiyi məlum olub, həyat yoldaşı saxlanılıb
# 24 avqust 2026 13:12 (UTC +04:00)

Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.

APA xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Nail Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.

Alfina Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR