Bank Of Baku

Bakıda paylayıcı qurğudan avtomat açarlar oğurlanıb

Bakıda paylayıcı qurğudan avtomat açarlar oğurlanıb
# 19 iyul 2023 11:17 (UTC +04:00)

Xətai rayonunun Y. Əliyev küçəsində yerləşən elektrik enerjisi paylayıcı qurğudan 18 ədəd avtomat açarın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən xəbərə görə, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Fuad Həsənov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Camalov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR