Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Məmmədov Fiday Yesay oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.