Bakıda "Prius" piyada qadını vuraraq öldürüb

Bakıda "Prius" piyada qadını vuraraq öldürüb
# 07 may 2024 09:09 (UTC +04:00)

Bakıda "Toyota Prius" qadını vuraraq öldürüb.

APA xəbər verir ki, Binəqədi rayonu ərazisində Orxan Həsənov idarə etdiyi " Toyota Prius" markalı avtomobillə piyada Xoşqədəm Həsənovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR