Bank Of Baku

Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
# 05 avqust 2023 23:17 (UTC +04:00)

Xəbər verildiyi kimi avqustun 5-i saat 19 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən evlərdən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

baş prokurorluqdan APA-ya bildirilib ki, Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Teymur Məmmədov saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

***

19.57

Avqustun 5-i saat 19 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Nərimanov rayon prokurorluğundan APA-ya verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR