Bank Of Baku

Bakıda qaz balonunun alışması nəticəsində qadın xəsarət alıb

Bakıda qaz balonunun alışması nəticəsində qadın xəsarət alıb
# 19 yanvar 2023 09:18 (UTC +04:00)

Bakıda qadın evdə qaz balonunun alışması nəticəsində baş verən yanğında xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, M.Hüseynzadə küçəsində yerləşən fərdi evdə qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Nailə Bədirxanova evdə qaz balonunu açmaq istəyərkən o, alışıb və nəticədə yanğın hadisəsi baş verib.

Yanğın zamanı Nailə Bədirxanova yanıq xəsarətləri alıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR