Bakıda qonşular arasında dava zamanı Polşa vətəndaşı bıçaqlanıb

Bakıda qonşular arasında dava zamanı Polşa vətəndaşı bıçaqlanıb
# 26 may 2024 23:19 (UTC +04:00)

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Polşa vətəndaşı 1970-ci il təvəllüdlü Asenov Asen Şişmanov qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı sol bazunun kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR