Bank Of Baku

Bakıda restoranda kütləvi dava düşüb, bıçaqlananlar var

Bakıda restoranda kütləvi dava düşüb, bıçaqlananlar var
# 08 iyul 2023 02:47 (UTC +04:00)

Bakının Binəqədi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə 7-ci mikrorayonda qeydə alınıb.

Belə ki, iaşə obyektində müştərilər arasında dava düşüb.

Dava zamanı 1987-ci il təvəllüdlü Rəfiyev Samir Xıdır oğlu və 1986-ci il təvəllüdlü Cəfərov Müşfiq Kamran oğlu bədənin müxtəlif nahiyələrindən bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR