Bank Of Baku

Bakıda sürücünü bıçaqla hədələyib, pulunu alıblar

Bakıda sürücünü bıçaqla hədələyib, pulunu alıblar
# 26 aprel 2023 10:36 (UTC +04:00)

Bakıda sürücüyə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 25-də saat 2 radələrində Nizami rayonu ərazisidə “BYD” markalı avtomobildə olan 2 sərnişinin sürücünü bıçaqla hədələyib 550 manatını quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Masallı rayon sakini Renat Şahbazov və Bakı şəhər sakini Elbrus Ələkbərov müəyyən olunaraq saxlanılıblar.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR