Bank Of Baku

Bakıda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə edilib - VİDEO - YENİLƏNİB-1

Bakıda yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə edilib - VİDEO  - YENİLƏNİB-1
# 27 iyul 2023 13:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Yasamalda yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının on doqquz mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən üçotaqlı mənzilin mətbəxində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi ilə yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin mənzildəki vətəndaşların təxliyəsi həyata keçirilib.

Yanğın nəticəsində ümumi sahəsi 112kv.m olan mənzilin mətbəxində 8p.m mətbəx mebeli yanıb, yüksək temperaturdan mətbəx avadanlıqları və mətbəxin qapı-pəncərəsi deformasiya edib. Mənzilin böyük hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

***

12.38

Yasamalda yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bunu Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib. Qeyd olunub ki, yanğın binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 112 kvadratmetr olan 3 otaqlı mənzilin 15 kv. metr sahəsi olan mətbəx hissəsində baş verib. Yanğının digər otaqlara və qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Ümumilikdə yanğının söndürülməsinə 11-12 dəqiqə vaxt sərf edilib. Yanğının baş vermə səbəbləri araşdırılır.

***

11.59

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, hadisə Həsən bəy Zərdabi 84 ünvanında yerləşən yaşayış binasında, 4-cü mərtəbədəki mənzildə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları cəlb edilib. Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.

Sakinlər təxliyə edilib. İlkin məlumata görə, xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR